Fransa parlamentinin üzvü və qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd Jan-Lük Melenşon hesab edir ki, Fransa hərbi məsələlərdə müstəqilliyini bərpa etmək üçün NATO-dan çıxmalıdır. Bu barədə "Le Monde" qəzeti yazır.
"Biz NATO-dan çıxmalıyıq. Mən, ilk növbədə, hərbi suverenliyimizi bərpa etmək istəyirəm. Nüvə silahlarının qarşısının alınması qüvvələrinə malik olan Fransa müstəqil olmalı və silah istehsalı məsələlərində ABŞ-dan asılı olmamalıdır".
Namizədin fikrincə, anti-Rusiya siyasəti Fransanın maraqlarına cavab vermir və belə kurs təhlükəli və absurddur.
"Niyə biz Ukraynanın sərhədlərini qorumalıyıq? İstəyirəm ki, Fransa alyanslardan azad olsun və qloballaşmanın alternativ yollarını dəstəkləsin".