Freitag, 27 August 2021 20:39

Berlində siyasi aktivistlər aksiya keçirdilər

Avqustun 27-də bir qrup siyasi aktivist Berlində Azərbaycan səfirliyinin qarşısında "Diktaturaya son" adlı aksiya keçiriblər. Fəal mühacirlər Azərbaycanda baş verən siyasi özbaşınalıqdan, sosial problemlərdən, ölkədə baş bəlasına çevrilmiş narkomaniyadan danışdılar. Daha sonra sözügedən səfirliyin önündə aksiyanın qətnaməsi oxundu.

Xatırladaq ki, aksiyanın təşkilatçısı siyasi fəal Elçin Əskərovdur.

Natiq Həziquliyev

Read 972 times
Login to post comments
Top