Samstag, 03 Juli 2021 12:37

Məhbus anası: Susmayın, mənim fəryadımı eşidin və səsimə səs verin!

Məlum “Gəncə işi”nə görə həbs olunan Oktay Hüseynov Qobustan həbsxanasında ölümlə təhdid edilir. Bu barədə məhbusun anası məlumat verib: Qobustanın baş həkimi oğlumla çox gərəzli şəkildə davranır. Oktay dünən 2 litrə yaxın qan itirib, onun vəziyyəti heç ürək açan deyil, xəstəxana şəraitində müalicə və əməliyyat olunmalıdır. 10 gündür yemək yemir.

Oğlum günahsız məhbus həyatı yaşaması azmış kimi belə zülmlərlə qarşılaşıb. Susmayın buna!Dövlətdən bu işə nəzarət olunmasını tələb edirəm!Mənim fəryadımı eşidin və səsimə səs verin!", deyib.

Read 882 times
Login to post comments
Top