Ağsuda 7 nəfər tərəfindən döyülən 14 yaşlı Nihat Vüqar oğlu Məmişov iyunun 20-də Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Məsələ ilə bağlı vetenugrunda.az-a açıqlama verən polis mayoru, DİN Mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Ağsuda baş verən olay DİN-in nəzarətindədir: "Əməliyyat axtarış, əməliyyat istintaq tədbirləri Ağsu polisi ilə birgə aparılır. O əməldə şübhəli bilinən şəxslərin və digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır. Vətəndaşın ölümü ilə nəticələnən hadisədə bütün zəruri ekspertizalar təyin edilib və iş davam etdirilir.