Montag, 21 Juni 2021 12:44

Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir?

“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda minaların partlaması nəticəsində Azərbaycanın 28 vətəndaşı həlak olub, 120-dən artıq insan yaralanıb”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

O, əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Read 1028 times
Login to post comments
Top