Montag, 11 Mai 2020 22:18

“Kölgə” bütün siyasi məhbuslara azadlıq tələb edir - BƏYANAT

Almaniyada bir qrup azərbaycanlı siyasi mühacir tərəfindən yaradılan Siyasi Məhbuslara və Ailələrinə “Kölgə” Yardım Birliyi son günlər ölkədə AXCP üzvlərinə qarşı aparılan repressiyalara etiraz edir və həbs olunanların təcili azadlığa buraxılmasını tələb edir. Birlik bununla bağlı mayın 10-da bəyanat verib. Bəyanatda bildirilir: “Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı repressiyalar daha da güclənib. Partiyanın tanınmış üzvləri, fəalları müxtəlif bəhanələrlə həbs edilir. Dövlət başçısı koronovirusu fürsət bilib AXCP-yə qarşı bütün inzibati resurslardan istifadə edərək hücuma keçib. Az qala hər gün cəbhəçinin həbs olunduğu xəbəri gəlir. Qısa müddətdə partiyanın on səkkiz üzvü həbs edilib. “Kölgə” Yardım Birliyi repressiyalara son soyulmasını, həbs edilən cəbhəçilərin və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Heç bir əsas olmadan həbs edilən vətəndaşların bir neçəsinin səhhətində problemlər olsa da, tibbi yardım göstərilmir, onlar qərəzli olaraq tibb məntəqəsinə yerləşdirilmirlər. Bu rəzilliyə son verilməsini tələb edirik.
Həmçinin bir aya yaxındır ki, AXCP sədri Əli Kərimli informasiya blokadasındadır, onun evində internetinə, həm mobil, həm də WLAN xəttinə hökümət tərəfindən müdaxilə var. Bütün bu baş verənlər əmrin, sifarişin ən yüksək səviyyədə verildiyini, əmrin dövlət başçısı İlham Əliyevdən gəldiyini göstərir. Azərbaycan hakimiyyəti karantin vəziyyətini fürsət bilib müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verib. Biz bu rəzalətin durdurulmasını, həbs edilənlərin azadlığa buraxılmasını, həmçinin Əli Kərimlinin informasiya blokadasının aradan qaldırılmasını tələb edirik”.

Read 1986 times
Login to post comments
Top