Dienstag, 29 Januar 2019 17:43

“Sarı Gəlin“imiz fevralın 1-i Avropa radiolarından səslənəcək

Almaniyada yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov "Qafqazın ruhu" (Spırıt of Caucasus-
http://spirit-of-caucasus.com ) adlı yeni bir layihə həyata keçirdi və yeni bir single teqdim etdi.
Azərbaycanın tanınmış sənət əsərlərindən olan Sarı gəlin musiqisi avropanın bir çox radiolarında yalnız Seyran anın ifasında calınmaga start verdi.

Bu barədə müğənni Seyran İsmayılxanov danışıb: “14 il Almaniyada yaşasam da daima Azərbaycan musiqilərinin, mahnılarının dinlənməsi və tanınması üçün əlimdən gələni etmişəm və dünyanın bir cox musiqi festivallarında bir Azərbaycanlı olaraq sənətimi tanıtmışam. Yeni işıq üzü görəcək musiqi albomumda „Spırıt of Caucasus“‚ Azərbaycanımın klassik və xalq mahnılarının arasında Sarı gəlin mahnısıda yer alıb“.

Sarı gəlin mahnısına çəkilmiş klipin çəkilişləri Ukraynada və Almaniyada həyata keçib. Klipin ideyası Seyrana aiddir və rejissoru Ukraynada tanınmış simalardan olan Muxin ailəsidir.
S.İsmayılxanov pərəstişkarlarına minnətdarlıq edib: “Dinləyicilərimi, pərəstişkarlarımı çoxlu surprizlər gözləyir. Onların dəstəyinə hər zaman ehtiyacım var. Həm Azərbaycanda, həm Türkiyədə, həm də Almaniyada olan pərəstişkarlarıma təşəkkürümü bildirirəm, çox sağolsunlar ki, məni dinləyirlər sənətimə dəyər verirlər.

Qeyd edək ki, Seyran İsmayılxano Almaniyanın Könl şəhərində yaşayır, bir çox müstəsna xususiyyətlərilə sevilib-seçilən sənətkarlardandır. O, bir çox Azərbaycan xalq mahnılarını yeni üslubda aranjıman edib. S.İsmayılxanov dəfələrlə müxtəlif musiqi festivallarının iştirakçısı və qalibi olub.

Read 3587 times
Login to post comments
Top