Mittwoch, 18 Juli 2018 22:00

SOCAR xüsusi müxbir tapa bildimi?

Yaxud İbrahim Əhmədov mətbuat xidmətinə kimləri yerləşdirdi?

Bir neçə ay bundan öncə bəzi informasiya saytlarında SOCAR-ın mətbuat xidmətinin yeni rəhbəri İbrahim Əhmədovu fəaliyyətsizliyi və "dilsizliyi" ilə bağlı yazılardan sonra İ. Əhmədovun sosial şəbəkələrdə aktivləşmək üçün SOCAR üçün sosial media üzrə xüsusi müxbir elan etdiyi barədə xəbər yayılmışdı. İşin maraqlı tərəfi layiq olmadığı halda bu yüksək postu tutan İ.Əhmədovun təşəbbüsü deyildi, xüsusi müxbirlərə vəd edilən fantastik maaş idi. Xüsusi müxbirlərə 2025 manat vəd edilirdi. Əlbəttə, belə bir maaş bəzi sadəlövh jurnalistlərdə maraq oyatdı və yazıq jurnalistlər də İbrahim Əhmədovun kimisə yerləşdirmək üçün belə bir cəhdə baş vurduğu və SOCAR-ın az qala deputat maaşına bərabər səviyyədə maaş verdirmək məqsədindən xəbərsiz müsabiqəyə qatıldılar. Onların bir çoxu uzun illərin təcrübəli jurnalisti olduğu üçün ilkin mərhələdən xeyli namizəd keçdi. Amma... İbrahim Əhmədovun barajından keçə bilmədilər. Ona görə ki, İbrahim Əhmədov müsahibə mərhələsindən jurnalistlərin keçməməsi məqsədi ilə keçmiş vergilər naziri Fazil Məmmədovun qardaşı, iqtisad elmlər doktoru Zahid Məmmədovun da aciz qalacağı, heç özünün də cavabını bilmədiyi suallarla namizədlərə dili topuq vura-vura əngəl yaratdı. Son nəticədə isə namizədlərdən heç biri kimlərin xoşbəxt “xüsusi müxbir” olmasından xəbərləri olmayıb. Çünki onların hamısına ciddi-ciddi tapşırıblar ki, heç bir namizədə hansı sualların verildiyini deməyin, amma hamıya eyni suallara vermişdilər. Mətbuata isə bu seçimin nəticələri ilə bağlı heç bir məlumat verilmədi. Deməli, doğrudan da İbrahim Əhmədov regionçuluq amilini əsas alaraq özü kimi, jurnalistikadan xəbərsiz və hansısa dili söz tutmayan birini yanına yerləşdirib ki, gözü kölgəli olsun, sabah onun səhvini tuta bilməsin. Bununla da SOCAR-ın mətbuat xidmətinin fəaliyyətsizliyinin bundan sonra da davam etməsinə rəvac verdiyini söyləmək mümkündür. Bizi maraqlandıran İ.Əhmədovun layiq olmadığı halda SOCAR-da “at oynatması” deyil, şirkət rəhbərliyinin özü də sırf jurnalistlərlə bağlı olan belə bir müsabiqəyə bu qədər “barmaqarası” baxmasıdır. Yəni bu müsabiqəni normal sonluqla bitirməyə və SOCAR-ın adının bir daha mediada hallanmasına şərait yaratmağa nə ehtiyac vardı? Ümumiyyətlə, ehtiyac vardımı?

Əli Mövlud

Read 1541 times
Login to post comments
Top