Donnerstag, 01 März 2018 21:00

Putin Azərbaycan prezidentinə başsağlığı verib

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

xeberinfo.de -nun xəbərinə görə, məlumatı Kremlin mətbuat xidməti yayıb.

V.Putin yanğın zamanı həlak olan insanların ailələrinə, yaxınlarına da başsağlığı verib, zərərçəkənlərin tez bir zamanda sağalmasını arzulayıb.

"Əziz İlham Əliyev, Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.

xeberinfo.de

Read 1019 times
Login to post comments
Top