Dienstag, 27 Februar 2018 21:00

İsa Qəmbər Türkiyəyə aparılır

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək. xeberinfo.de bildirir ki, bu barədə Müsavat başqanı Arif Hacılı deyib.

O bildirib ki, İ.Qəmbər Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq: “Daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

 xeberinfo.de

Read 1240 times
Login to post comments
Top