Freitag, 16 Februar 2018 21:00

“Azərbaycanda hər doğulan körpənin 3490 manat borcu var” – Qubad İbadoğlu

“Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazıb. Maliyyə Nazirliyi xarici borcların həcmi ilə bağlı açıqladığı sson rəqəmləri şərh edən Q. İbadoğlu deyir ki, əgər həmin məlumata inansaq, 01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz təşkil edib.

2017-ci ildə Azərbaycanın dövlət borcunun ÜDM-də payı 22,8 deyil, 48,8 faiz olub. 2017-ci il üçün hesablanmış ÜDM-in 70,135.1 milyon manat təşkil etdiyini nəzərə alanda, dövlət borcunun Maliyyə Nazirliyinin açıqladığı kimi 15,9 milyard manat deyil, 34,2 milyard manat və yaxud hazırkı məzənnə ilə 20,1 milyard dollar olduğu məlum olur. Belə olan halda Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir.

Read 1675 times
Login to post comments
Top