Freitag, 01 November 2013 21:00

Azər Kərimov: “Hesab edirəm ki, Azərbaycanda kiçik və orta sahibkarlıq iflic vəziyyətindədir”

“Azərbaycanda sahibkarlara qarşı total hücumlar müşahidə olunur. Bu hücumları əksər vaxt məmurlar edir. Sahibkarlara nüəyyən işlər gördürüb pulunu vermirlər. Sahibkar haqqını tələb edəndə çox ciddi problemlərlə üzləşir”. Bu sözlər kiçik sahibkar, ictimai-siyasi fəal Azər Kərimova məxsusdur.

DSC 0009

 A.Kərimov hesab edir ki, ölkəyə gələn neft gəlirləri kimlərin cibinə gedir, bilinmir. Məmurlar  sahibkarlardan pul kisəsi kimi istifadə edirlər: “Dövlət rəhbəri tərəfindən dəfələrlə sahibkarlarlığın  səviyyəsinin yüksəldilməsi ilə bağlı geniş çıxışlara şahid olmuşuq. Hər dəfə eşidirik ki, ölkədə sahibkarlar  üçün hər şərait yaradılıb və sair. Lakin reallıq tam başqadır. Bir neçə gün əvvəl bir hadisənin şahidi oldum.  Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Bakıdan bir qrup usta Bərdəyə dəvət edib. Onlarla rəsmi    müqavilə bağlayıb ki, rayonda bəzi abadlıq-quruculuq işləri görülməlidir. Hətta işə başlamaq üçün az  miqdarda vəsait də ödəyib. Rayonun mərkəzi küçələrində quruculuq işləri görülübsə də icra başçısı  ustaların pulunu verməkdən imtina edir. Deyir ki, gedin pulunuzu mərkəzi küçədə obyekt işlədən sahibkarlar verəcək. Sahibkarlar da iddia edirlər ki, biz təmir işlərinin pulunu təmir başlamamış vermişik. Ustalarla müqavilə bağlayan şəxs evini satib onların pulunu ödəyib. Məsələni araşdıranda gördüm ki, icra başçısına hətta həmin rayonun deputatı və bəzi nazirliklər də pulun ödənilməsi üçün təzyiqlər göstəriblər. İcra başçısı isə heç kimi vecinə almır. Bu kimi faktları sadalamaqla bitmir”.

A.Kərimova deyir ki, sahbkarları ən çox incidənlər sıyahısında güc sturukturlarının əməkdaşları başçılıq edir: “Daha çox polis rəsiləri, vergi işçiləri sahibkarlara qənim kəsiliblər. Post Patrul xidmətinin çavuş əmakdaşı sahibkar üçün elə problem yaradır ki, heç onu ölkə başçısı həll edə bilmir. Bir sözlə Azərbaycanda sahibkar olmaq mümkün deyil. Bir başa hakim ailəyə yaxın insanlar “sahibkar” ola bilərlər. Onlar da ancaq kimlərinsə haqqını kəsmək və zor tətbiq etməklə. Ona görə də ölkədə sahibkarlar bir neçə hissəyə bölünürlər. İmkanı yaxşı olan sahibkarlar ölkəni tərk ediblər və edirlər. Sahibkarlardan bir hissəsi mövcud “qaydalarla” razılaşıb günlərini keçirdirlər. Yəni başqa iş tapa bilmədikləri üçün harın məmur tayfasının şərtlərinə boyun əyib dolanışıq üçün yola verirlər. Bir hissəsi isə tam müflis olub. Ölkədə minlərlə sahibkarın əlindən əmlakı alınıb, səfil günə salınıb. Hesab edirəm ki, Azərbaycanda kiçik və orta sahibkarlıq iflic vəziyyətindədir, böyük sahibkarlıq isə birmənalı olaraq hakim ailənin nəzarətindədir”.

Read 1951 times
Login to post comments
Top