Montag, 04 April 2011 21:00

2 aprel: saxlananlar, buraxılanlar və həbs olunanlar

İctimai Palatanın mitinq komitəsi 2 aprel mitinqi ilə bağlı polisin saxladığı, polisə aparılıb dindirilən və inzibati həbsə məhkum edilən şəxslər haqqında məlumat yayıb

Məlumatda bildirilir:
I. Həbs cəzasına məhkum edilənlər:
1. ADP Nərimanov rayon təşkilatının sədr müavini Nazim Abbasov 29 mart tarixində saxlanılıb və ona 5 sutkalıq həbs cəzası verilib.
2. Keçmiş seçki məhbusu, bələdiyyə polisinin sabiq rəisi Mehdi Mehdiyev 2 aprel mitinqi ilə bağlı dünən Nizami rayonu 24-cü polis bölməsinə aparılıb. Nizami rayon məhkəməsinin qərarı ilə ona 10 sutkalıq həbs cəzası verilib.
3. Bu səhər polisə aparılan ilk şəxs Təbriz Qasımov (Önər) olub. Onu saat 9 radələrində Səbail polisi metronun “İçərişəhər” stansiyası qarşısında saxlayıb. Gənc fəala Səbail rayon məhkəməsinin 2 qərarı ilə 5 sutkalıq həbs cəzası verilib.
4. Müsavat Partiyası GT-nin üzvü Elçin Səlimov 2 aprel mitinqinə görə Sumqayıt polis idarəsinə aparılıb. Sumqayıt səhəri 3-cü polis bolməsinin rəisi Elcin Səlimovdan mitinqdə Sumqayıtdan neçə nəfərin istirak edəcəyini soruşub və sonra həmin gün səhərdən cıxışı bağlayacaqlarını bildirib. Sumqayıt səhəri 3-cü polis bolməsinə aparılan Elcin Səlimov Sumqayıt məhkəməsinə aparılıb. Hazırda E.Səlimov Sumqayıt şəhər məhkəməsindədir (saat - 1430).
5. AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Nemət Əliyev Nizami polisi tərəfindən saxlanılıb və polis bölməsinə, oradan isə Nizami rayon məhkəməsinə aparılıb.
6. Gənc fəal Rövşən Nəsirli polis tərəfindən saxlanılıb və məhkəməyə aparılıb.
7. Şirvan şəhər sakini Vüqar Həsənli Şirvan şəhər polisi tərəfindən saxlanılıb və məhkəməyə aparılıb.

II. Polis bölməsində saxlanılanlar:
1. AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü İlham Hüseynli saxlanılaraq polis bölməsinə aparılıb.
2. AXCP sədri Əli Kərimlinin mühafizə qrupunun rəhbəri Kərim Mehdiyev saxlanılaraq polis idarəsinə aparılıb.
3. KXCP Ağsu rayon təşkilatının sədri, İctimai Palatanın üzvü, 2010-cu il parlament seçkilərində namizəd olmuş Yaqub Babanlı bu gün 2 aprel mitinqinə görə Ağsu rayonunda polis tərəfindən saxlanılıb və hazırda polis idarəsindədir.
4. Müsavat Gənclər Təşkılatının üzvü Xalid Amanlı evdən çıxarkən polis tərəfindən saxlanılıb. Hazırda 29 saylı Yasamal polis bölməsindədir.
5. KXCP Samux rayon təşkilatının sədri Tahir Abdullayev bu gün polis tərəfindən saxlanılaraq Samux rayon polis idarəsinə aparılıb.

III. Saxlanılaraq dindirilən və sərbəst buraxılanlar:
1. İctimai Palatanın üzvü İbrahim Əhmədzadə dünən Sumqayıt şəhər polis idarəsinə çağırılıb. İ.Əhmədzadə bu gün vəkil Əsabəli Mustafayevlə birgə polis idarəsinə gedib. 2 saat polis idarəsində saxlanılıb dindirildikdən sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
2. Müsavat GT-nin üzvü Rauf Məmmədov Nəsimi polis idarəsinə aparılıb, dindirilib, sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
3. AXCP sədrinin müşaviri Şakir Abışov Xəzər rayon polisi tərəfindən  saxlanılaraq polis idarəsinə aparılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.
4. Müsavatçı fəal Xanım Ağaşirinova Nəsimi polis idarəsinə aparılıb, dindirilib, sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

İctimai Palataya daxil olan siyasi partiyalardan və şəxslərdən daxil olan məlumatlara əsasən mitinqdə iştirak edəcəyi güman edilən onlarla insanlar polislər tərəfindən təqib olunur, onların ailə üzvlərinə və yaxınlarına icra strukturları nümayəndələri tərəindən mənəvi təzyiqlər edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbinə uyğun olaraq öz iradələrini ifadə etmək arzusunda olan insanlara qarşı polis qüvvələrinin, icra strukturları nümayəndələrinin və şəxsiyyətlərini gizli saxlayan mülki geyimlilərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasını İctimai Palatanın Koordiyasiya Şurası hüquq-mühafizə orqanlarından və hakimiyyətin müvafiq strukturlarından tələb edir.  Əks təqdirdə, baş verə biləcək gözlənilməz hadisələrə görə məsuliyyət mövcud iqtidarın üzərinə düşür.

Read 1694 times
Login to post comments
Top