Montag, 21 November 2016 21:00

2007-2017: dövlət büdcəsi necə dəyişib?

Azərbaycanda dövlət büdcəsinin gəlirləri 2007-ci ildən bəri necə dəyişib? Novator.az bu suala aydınlıq gətirmək üçün büdcə gəlirinin 2007-ci ildən bəri hansı həcmdə təsdiqləndiyinə nəzər salıb.

2007-ci ildə büdcənin gəlir hissəsi 5 milyard 770,9 milyon manat həcmində təsdiqlənib. Bu, həmin ilin orta məzənnəsi ilə 6 milyard 789,2 milyon ABŞ dollarına bərabər olub. Sonrakı illərdə büdcənin gəliri belə təsdiqlənib:

2008-ci il – 10 milyard 484 milyon manat (orta məzənnə ilə 12 milyard 785,3 milyon dollar)

2009-cu il – 12 milyard 177 milyon manat (15 milyard 221,2 milyon dollar)

2010-cu il – 11 milyard 505 milyon manat (14 milyard 381,2 milyon dollar)

2011-ci  il – 12 milyard 61 milyon manat (15 milyard 462,8 milyon dollar)

2012-ci il – 17 milyard 38 milyon manat (21 milyard 843,5 milyon dollar)

2013-cü il – 19 milyard 159 milyon manat (24 milyard 562,8 milyon dollar)

2014-cü il – 18 milyard 384 milyon manat (23 milyard 569,2 milyon dollar)

2015-ci il – 19 milyard 438 milyon manat (19 milyard 56,8 milyon dollar)

2016-cı il – 16 milyard 822 milyon manat (10 milyard 783,3 milyon dollar).

2017-ci il üçün dövlət büdcəsinin gəliri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Bu, indiki rəsmi məzənnə ilə 9 milyard 173,5 milyon dollar eləyir.

Read 1357 times
Login to post comments
Top