Mittwoch, 04 Januar 2017 21:00

Həccə getmək istəyənlərə şad xəbər

Səudiyyə Ərəbistanı Həcc kvotasını yüksəldir.

Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən bununla bağlı Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşüb.

Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.

Nazir kvotanın yüksəldilməsi səbəbindən bu il təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib. Sayın nə qədər artırılacağı açıqlanmayıb.

Read 1522 times
Login to post comments
Top