Donnerstag, 29 September 2016 22:00

Neftin qiyməti yenidən 50 dollar həddini aşdı

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,65% bahalaşaraq bir barelə görə 50,05 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,87% artaraq 47,93 dollara satılıb.

Read 1268 times
Login to post comments
Top