Cümə, 25 İyun 2021 14:36

Döyülərək öldürülən 14 yaşlı Nihatın işindən yeni xəbər var: DİN-dən açıqlama

Ağsuda 7 nəfər tərəfindən döyülən 14 yaşlı Nihat Vüqar oğlu Məmişov iyunun 20-də Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Məsələ ilə bağlı vetenugrunda.az-a açıqlama verən polis mayoru, DİN Mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Ağsuda baş verən olay DİN-in nəzarətindədir: "Əməliyyat axtarış, əməliyyat istintaq tədbirləri Ağsu polisi ilə birgə aparılır. O əməldə şübhəli bilinən şəxslərin və digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır. Vətəndaşın ölümü ilə nəticələnən hadisədə bütün zəruri ekspertizalar təyin edilib və iş davam etdirilir.

 

Oxunuş sayı 1392 dəfə
Şərh vermək üçün giriş edin
Top